“Sehrli Novruz” bayram şənliyi olacaq


Digərləri 06 Fev 2019 18:09:00 237 0

“Sehrli Novruz” bayram şənliyi olacaq

Heydər Əliyev Sarayı bayram tətili günlərində uşaqları maraqlı, musiqili, interaktiv və əyləncəli proqram ilə sevindirəcək.

Son.az xəbər verir ki, martın 22-də milli bayramımız Novruz münasibətilə Sarayın səhnəsində "Sehrli Novruz" adlı möhtəşəm bayram şənliyi keçiriləcək. Hər il olduğu kimi Novruzun sevilən personajları Kosa və Keçəl şənliyin əsas simaları olacaqlar. Sevimli qəhrəmanlar uşaqlara Novruz bayramı, baharın gəlişi, Novruz çərşənbələri və digər adət-ənənələr haqda məlumat verəcək, müxtəlif oyunlar keçirəcəklər.

Bundan əlavə uşaqlar Keçəl və Kosanın məzəli deyişmələrindən ibarət səhnəcikləri, rəqs kollektivlərinin ifasında milli və müasir rəqsləri, musiqili qonaqların çıxışını izləyə biləcəklər.