“Siz başı xarabsınız” Şəbnəmdən onu tənqid edənlərə SƏRT CAVAB


Şou-biznes 06 Fev 2019 17:34:00 249 0

“Siz başı xarabsınız”  Şəbnəmdən onu tənqid edənlərə SƏRT CAVAB

ARB TV-nin "Show news" proqramının növbəti müsahibi müğənni Şəbnəm Tovuzlu olub.

Son.az xəbər verir ki, ifaçı onu bəyənməyənlərə münasibətini bildirib:

"Şəbnəmin musiqi təhsili var. Həm də tibb bacısıyam, o sahədə də təhsilim var. Savad nəyə deyirlər? Əgər gözəl danışıq qabiliyyətimiz, mədəniyyətimiz varsa, geyimimizi biliriksə, ətrafımızdakı insanlar arasında hörmətimiz, gözəl ailəmiz varsa, bir çoxuna baxmayaraq övladımıza tərbiyə verə biliriksə demək bu savadlı xanımdır.  Savadsız olsaydım o  yazanların yanında olardım. Qoy onlar deməyində, biz də öz həyatımızı yaşamağımızda olaq. Demək Şəbnəm ağıllıdır, başı xarab deyil. Başı xarab elə sizsiniz".


Xəbərə aid foto