İstanbulda altımərtəbəli bina çökdü,


Dünya 06 Fev 2019 17:37:00 209 0

İstanbulda altımərtəbəli bina çökdü,

Türkiyənin İstanbul şəhərində altımərtəbəli bina çöküb.

Son.az Trend-ə istinadən xəbər verir ki, dağıntılar altında qalanlar var.

Hazırda hadisə yerində xilasetmə işləri aparılır. Nə qədər adamın dağıntılar altında qaldığı hələlik məlum deyil.

Hadisənin baş vermə səbəbləri araşdırılır.

Son məlumatlara əsasən, dağıntılar altından bir nəfər xilas edilib.