Azərbaycan Beynəlxalq Bankının 100 müştərisi hədiyyə qazandı


Digərləri 06 Fev 2019 17:21:00 186 0

Azərbaycan Beynəlxalq Bankının 100 müştərisi hədiyyə qazandı

Azərbaycan Beynəlxalq Bankının Yeni il ərəfəsində elan etdiyi növbəti stimullaşdırıcı lotereya kampaniyasının qalibləri məlum olub. Lotereya 1 tirajdan ibarət olmaqla 9 mərhələ üzrə keçirilib. Qaliblər xüsusi proqram təminatı vasitəsilə təsadüfi seçim əsasında müəyyənləşiblər. Ümumilikdə 100 iştirakçı qalib olub. Mərhələlər üzrə 60 iştirakçı 100 manat, 15 iştirakçı 200 manat, 10 iştirakçı 300 manat, 5 iştirakçı 500 manat, 3 iştirakçı 1000 manat, 2 iştirakçı "Samsung Galaxy S9+" telefonu, 2 iştirakçı "Iphone X" telefonu, 2 iştirakçı "Macbook 12 M3 256" notbuku əldə edib.

BİRİNCİ YERİN QALİBİ isə BALİ ADASINA 2 nəfərlik (5* oteldə 1 həftə) SƏYAHƏT PAKETİ qazanıb. Lotereyanın nəticələri ilə buradan tanış olmaq olar. Nəticələr "Xalq qəzeti"ndə də dərc ediləcək.