“Güclə bayıra qaçdıq” Zəlzələ şahidləri DANIŞDI


Digərləri 06 Fev 2019 17:29:00 244 0

“Güclə bayıra qaçdıq”  Zəlzələ şahidləri DANIŞDI

"Bir də gördük kompüter təpəsi üstə gəldi yerə"

Azərbaycanda 4,4 və 6 maqnitola gücündə ardıcıl iki zəlzələ baş verib. Son.az xəbər verir ki, ARB TV-nin "Günə Doğru" proqramında baş vermiş zəlzələ ilə bağlı süjet hazırlanıb.

Respublika Seysmoloji Xidmət Mərkəzinin verdiyi ilkin məlumatlara əsasən yerli vaxtla saat 23:19-da Pirqulu stansiyasından 7 km cənubda, Ağsu ərazisində zəlzələ qeydə alınıb. Zəlzələ episentrdə 5 bala yaxın, ətraf rayonlarda 4,3 bala yaxın hiss edilib.

Ardıcıl olaraq yerli vaxtla saat 23:31-də Pirqulu stansiyasından 11 km cənub-qərbdə, İsmayıllı ərazisində qeydə alınıb. Zəlzələ episentrdə 6 bal, ətraf rayonlarda 5,3 bala qədər hiss edilib.

Şamaxı rayonunda zəlzələ nəticəsində bir neçə fərdi evin hasarı uçub. Dağıntılar zamanı 3 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Fövqəladə Hallar Nazirliyi təbii fəlakət zamanı təkanlar nəticəsində dəyən ziyanla bağlı araşdırmalara başlayıb.

Sahibkar: "Marketi açanda tam dağılmış halda gördük. Tavan uçulub, şüşə qablar sınıb. 60, 70 min civarında ziyan dəyib".


Xəbərə aid fotolar