Türkiyə hökuməti: Fransanın “erməni soyqırımı” ilə bağlı bəyanatları məsuliyyətsizlikdir


Dünya 06 Fev 2019 17:19:00 219 0

Türkiyə hökuməti: Fransanın “erməni soyqırımı” ilə bağlı bəyanatları məsuliyyətsizlikdir

"Fransanın qondarma "erməni soyqırımı" ilə bağlı bəyanatları məsuliyyətsizlikdir və bu, cavabsız qalmayacaq.

Son.az xəbər verir ki, bunu Trend-ə Türkiyə hökumətindəki mənbə Fransa prezidenti Emmanuel Makronun 1915-ci il hadisələri ilə bağlı açıqlamalarını şərh edərkən deyib.

Müsahibin sözlərinə görə, Fransanın bu cür açıqlamaları Türkiyə üçün siyasi əhəmiyyət kəsb etməsə də, Ankara bu təxribatçı addıma sərt cavab verəcək.