Rusiyanın iqtisadi inkişaf naziri Azərbaycana gəlir


Digərləri 06 Fev 2019 17:11:00 216 0

Rusiyanın iqtisadi inkişaf naziri Azərbaycana gəlir

Fevralın 8-də Rusiyanın İqtisadi İnkişaf naziri Maksim Oreşkinin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana gələcək.

Bakı. Fevralın 8-də Rusiyanın iqtisadi inkişaf naziri Maksim Oreşkinin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana gələcək. İqtisadiyyat Nazirliyindən Trend-ə verilən məlumata görə, səfər çərçivəsində əvvəlcə Azərbaycan Respublikası ilə Rusiya Federasiyasının dövlət sərhədində Azərbaycan və Rusiya nümayəndə heyətləri Yaraq-Qazmalar” sərhəd buraxılış məntəqəsində yenidənqurma və rekonstruksiya işlərinə, “Samur” sərhəd buraxılış məntəqəsinə və Samur çayı üzərində avtomobil körpüsünün tikintisinə baxış keçirəcək.