Şəkidə ağır yol qəzası Mikroavtobus ağaca çırpıldı:


Digərləri 06 Fev 2019 17:04:00 290 0

Şəkidə ağır yol qəzası  Mikroavtobus ağaca çırpıldı:

Şəkidə səhər saatlarında ağır yol qəzası olub.

Son.az ARB TV-yə istinadən xəbər verir ki, ağır xəsarət alanlar var.

Hadisə Aşağı Küngüt kəndi ərazisində qeydə alınıb. 55-BT-621 və 55-BM-024 dövlət nömrə nişanlı iki "Ford Tranzit" markalı mikroavtobusun iştirakı ilə yaşanan qəzada miktoavtobuslardan biri yoldan çıxaraq ağaca çırpılıb. Zərbənin təsirindən mikroavtobusun mühərriki və digər hissələri ətrafa səpələnib. Nəticədə sürücü İbrahimkənd sakini 25 yaşlı Simral Mirzəməmmədov ağır xəsarət alıb. O, ağır kəllə beyin tavması xəsarəti, sərnişini Şəki şəhər sakini 20 yaşlı Yasin Sadıqov sağ budun sınığı xəsarəti, digər mikroavtobusdakı 27 yaşlı İbrahimkənd sakini Rəvan Əhmədli isə üzündən xəsarət alaraq Şəki RMX-yə çatdırılıb. Xəstəxanada hər üç şəxsə tibbi yardım göstərilib, vəziyyətləri orta ağır qiymətləndirilir. Digər mikroavtobusun sürücüsü isə qəzadan xəsarətsiz ötüşüb. Faktla bağlı araşdırma aparılır.

Son.az 

Videonu izləmək üçün şəklə klikləyin:


Xəbərə aid fotolar