Rayonlarda baş verən zəlzələnin Bakıda hiss olunmasının


Digərləri 06 Fev 2019 16:44:00 188 0

Rayonlarda baş verən zəlzələnin Bakıda hiss olunmasının

"İsmayıllıda 6 bal gücündə baş verən zəlzələ orta güclü yeraltı təkandır".

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli deyib.

Onun sözlərinə görə, dünənki zəlzələ Bakının Xətai, Yasamal, Nəsimi rayonlarında hündürmərtəbəli binalarda hiss edilib.

Q.Yetirmişli zəlzələnin Bakının bütün ərazisində hiss edilməməsini onun mürəkkəb geoloji quruluşu ilə əlaqələndirib:

"Bakının geoloji quruluşu çox mürəkkəbdir. Buna görə də eyni layihə ilə tikilən binanın bir hissəsi 1 bal, digər hissəsi başqa bala uyğun gəlir. Buna görə də Bakıda tikinti aparılan hər bir ərazinin seysmikliyi dəqiqliklə müəyyən edilməlidir".