Runi özünə güvənir


İdman 06 Fev 2019 16:50:00 269 0

Runi özünə güvənir

Manchester United-in sabiq hücumçusu Ueyn Runi İngiltərə Premyer Liqasına qayıda biləcəyini deyib.

Goal.az xəbər verir ki, forvard özünə güvəndiyini bildirib. “Yenidən İngiltərə çempionatında oynamağa gücüm çatar. Bunu dəqiq bilirəm. Özümə həmişə güvənmişəm. MLS liqasına keçəndə çoxları təəccübləndi. Düşünürdülər ki, burada uğursuz olacağam. Amma mən heç vaxt bədgüman olmamışam. Hələ gücüm var”,- Runi vurğulayıb. 33 yaşlı futbolçu ötən ildən Di Si United-in şərəfini qoruyur. 2018 mövsümündə 21 oyunda 12 qol vurub.