“Neymarın qayıdışı mümkün deyil” - Barcelona prezidenti


İdman 06 Fev 2019 16:28:00 225 0

“Neymarın qayıdışı mümkün deyil” - Barcelona prezidenti

Barcelona-nın prezidenti Jozep Bartomeu Neymarın mümkün qayıdışına münasibət bildirib.

Goal.az xəbər verir ki, o, qayıdışın olmayacağını deyib. “Gəzən söhbətlərdən məlumatım var. Bu məsələni nə Neymarla, nə də atası ilə heç vaxt müzakirə etməmişəm. Futbolçu Barcelona-ya qayıtmaq istəyini mənə bildirməyib. Heç kim bununla bağlı zənğ etməyib. Barcelona artıq yeni mövsümə hazırlaşır. Neymarın adı isə siyahıda yoxdur. Məncə, PSG belə bir futbolçudan ayrılmaq istəməz”, - prezident deyib.