Türkiyə Prezidentinin mətbuat katibi: "Qondarma “erməni soyqırımı” yalandır"


Siyasət 06 Fev 2019 16:20:00 252 0

Türkiyə Prezidentinin mətbuat katibi: "Qondarma “erməni soyqırımı” yalandır"

Qondarma "erməni soyqırımı" yalandır və siyasi uydurmadır.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidentinin mətbuat katibi İbrahim Kalın Fransa Prezidenti Emmanuel Makronun 1915-ci il hadisələri ilə bağlı sözlərini şərh edərkən deyib.

O bildirib ki, "erməni soyqırımı"nın heç bir tarixi əsası yoxdur və 1915-ci ildə ermənilərin kütləvi qırğınını sübut edən heç bir fakt mövcud deyil.

İ.Kalın vurğulayıb ki, Türkiyə Fransa Prezidentinin sözlərini kəskin pisləyir.

O əlavə edib ki, E.Makron bu açıqlamalarla böhranın davam etdiyi Fransada gündəmi dəyişməyə çalışır.