Hava kəskin pisləşir: güclü külək əsəcək


Digərləri 06 Fev 2019 16:29:00 165 0

Hava kəskin pisləşir: güclü külək əsəcək

Ekologiya və Təbii Sərvətlər Nazirliyi hava şəraitinin dəyişəcəyi ilə bağlı xəbərdarlıq edib. 

Nazirliyin Milli hidrometeorologiya departamentindən Son.az-a verilən məlumata görə, fevralın 7-də Bakıda və Abşeron yarımadasında cənub-qərb küləyinin 15-18, arabir 20-23 m/s, fevralın 8-də isə şimal-qərb küləyinin 15-20 m/s olacağı, arabir 23 m/s-dək güclənəcəyi gözlənilir.