Azərbaycanda ilk dəfə dini turizm haqqında kitab nəşr edilib


Digərləri 06 Fev 2019 16:06:00 288 0

Azərbaycanda ilk dəfə dini turizm haqqında kitab nəşr edilib

"Azərbaycanda dini turizm" adlı kitab nəşr edilib.

Son.az xəbər verir ki, "Azərbaycanda dini icmalara maliyyə yardımı göstərilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 27 noyabr 2014-cü il tarixli, 892 nömrəli Sərəncamına əsasən, Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə ayrılmış vəsait hesabına Tərxan Paşazadənin müəllifi olduğu

Bir neçə mövzudan ibarət olan kitab fəal istirahətin geniş yayılmış və ən kütləvi növü olan turizm haqqında ümumi məlumatla başlayır. Qeyd olunur ki, bütün dünyada olduğu kimi Azərbaycanda da son dövrlərdə turizmin müxtəlif növlərinin inkişafına xüsusi önəm verilir. Həmçinin bildirilir ki, hazırda turizmin ölkəmizə xas ola biləcək əsas növləri mədəni, biznes, sağlamlıq, ekoloji, istirahət, əyləncə, dağ, qış, xizək, çimərlik, idman, kənd, yaşıl, ov, tarix, dini turizmdir ki, bu kitabda oxucularlar sonuncu növ - dini turizmlə bağlı məlumatlar əldə edə bilərlər.

Müəllif Azərbaycanın dini turizm potensialı ilə bağlı ümumiləşdirilmiş formada oxucuları məlumatlandırmaqla, ölkəmizlə bağlı 2006-2017-ci illərdə qeydə alınmış rəsmi statistik göstəriciləri də təqdim edib. Kitabın ən maraqlı mövzularından biri kimi isə Azərbaycanlı zəvvarların xarici səfərləri mövzusunu qeyd edilə bilər.


Xəbərə aid foto