Bakının 2 rayonunda yeniyetmələrə siqaret satanlar cərimələnib
Digərləri 06 Fev 2019 15:34:00 196 0
Daxili İşlər Nazirliyinin təşəbbüsü ilə Baş İctimai Təhlükəsizlik İdarəsinin və yerli polis orqanlarının əməkdaşları tərəfindən yetkinlik yaşına çatmayanlara alkoqollu içkilərin və tütün məmulatlarının satışının qarşısının alınması istiqamətində mütəmadi olaraq tədbirlər keçirilir.
Bakı.

DİN-dən Trend-ə verilən məlumata görə, fevralın 5-də Baş İctimai Təhlükəsizlik İdarəsinin paytaxtın Nərimanov və Nizami Rayon Polis idarələrinin əməkdaşları ilə birgə keçirdikləri reydlər nəticəsində həmin rayonların ərazilərində mağaza və köşklərdə satıcıların yetkinlik yaşına çatmayanlara tütün məmulatı satması faktları aşkar edilib.
Mənbə: az.trend.az