Qətər Ermənistan səfirliyinin xərclərini öz üzərinə götürüb


Dünya 06 Fev 2019 15:25:00 363 0

Qətər Ermənistan səfirliyinin xərclərini öz üzərinə götürüb

Qətər dövləti Ermənistanın Dohada fəaliyyətə başlayacaq səfirliyinin maliyyə xərclərini üç il müddətinə qarşılamağı öz üzərinə götürüb.  

Son.az report-a istinadən xəbər verir ki, Ermənistanın Qətərdəki səfirliyinin saxlanılması üçün illik xərc 192 584 dollardır. Bu məbləğin 110 min dollarını üç il ərzində Qətər dövləti ödəyəcək.