Millinin formasını geyindiyi üçün 15 il həbs


İdman 06 Fev 2019 14:51:00 255 0

Millinin formasını geyindiyi üçün 15 il həbs

Asiya Kubokunu izləmək üçün Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) gələn ingiltərəli Əli İssa Əhməd burada həbs olunub.

Goal.az The Times nəşrinə istinadən xəbər verir ki, hadisə yanvarın 22-də Qətər-İran matçından sonra baş verib. 26 yaşlı Əli Qətər millisinin formasını geydiyi üçün həbs edilib. Bildirilir ki, buna görə İngiltərə vətəndaşını 15 illik həbs cəzası gözləyir. Həmçinin 119 min avro cərimə ödəməlidir.

Qeyd edək ki, BƏƏ qanunların görə, 2017-ci ilin iyun ayından etibarən bu ölkə ərazisində Qətəri istənilən formada dəstəkləmək qadağandır. Tərəflər arasında davam edən siyasi gərginlik əlaqələrin dayandırılmasına səbəb olub. Hətta Asiya Kubokunun keçirildiyi vaxt belə, BƏƏ hökuməti sərhədi qətərli azarkeşlərin üzünə açmayıb. Maraqlıdır ki, Qətər millisi tarixində ilk dəfə Asiya kubokunu məhz Birləşmiş Ərəb Əmirliklərində qazanıb. Qətərlilər yarımfinalda meydan sahibini məğlub edib-0:4.