Müğənnilərin AzTVnin efirinə çıxması çətinləşdi


Digərləri 06 Fev 2019 14:04:00 254 0

Müğənnilərin AzTVnin efirinə çıxması çətinləşdi

Bu gün "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-nin nəzdində bir qrup tanınmış mədəniyyət və incəsənət xadiminin daxil olduğu Bədii Şura yaradılıb.  

Son.az xəbər verir ki, kanalın mətbuat xidmətindən qafqazinfo-ya daxil olan məlumata görə, məqsəd nümayiş olunan ədəbi-bədii və musiqili veriliş, proqram və layihələrdə aparıcıların danışıq, davranış və geyim tərzi, (bu, verilişlərə dəvət olunmuş müğənnilərə də aiddir) bədii tərtibatla bağlı Bədii Şura üzvlərinin rəylərinin nəzərə alınmasına xidmət edir. 

Bədii Şura ayda 2 dəfə toplanmaqla Azərbaycan Televiziyası və Radiosu, "Mədəniyyət" və "İdman Azərbaycan"da yayımlanan veriliş və proqramları müzakirə edəcək, öz irad və təkliflərini verəcək. Yeni TV və Radio layihələrinin efir məkanına buraxılması kollegial şəkildə reallaşacaq.