Məşhur aktyorun müsahibəsi başına bəla oldu VİDEO FOTO


Digərləri 06 Fev 2019 13:59:00 287 0

Məşhur aktyorun müsahibəsi başına bəla oldu  VİDEO  FOTO

Məşhur britaniyalı aktyor, 66 yaşlı Liam Nisonun baş rolda oynadığı "Gold Pursuit" filminin qala-premyera gecəsində "qırmızı xalı" mərasimi təxirə salınıb.

Son.az bildirir ki, səbəb aktyorun irqçilikdə suçlanmasıdır.

Filmin Nyu-Yorkdakı premyerasında, sadəcə, aktyorların keçidi olub.

Liam Nison "İndependent "ə verdiyi müsahibəsindən sonra qalmaqal qopub. "Gold Pursuit" filminin premyerası ərəfəsində jurnalist Klement Mişallonun "Filmdə qəhrəmanınız narkotacirlərin qətlə yetirdikləri oğlunun qisasını alır. Nə zamansa belə hisslər yaşayıbsınızmı" sualına aktyor belə cavab verir: "Xeyli əvvvəl sevgilim tanımadığı adamın təcavüzünə məruz qaldığını dedi. Onun kim olduğunu bilib-bilmədiyini soruşanda "yox" dedi. Sadəcə, söylədi ki, qaradərili adamdı. Düz bir həftə əlimdə beysbol zopsı ilə gəzdim. Düşünürdüm ki, pablardan birindən həmin qaradərili əclaf çıxacaq. Onu öldürməyə hazır idim. Lakin sonralar səhv etdiyimi anladım və peşman oldum".