“BTS” qrupunun konserti bir daha “Park Cinema”da


Digərləri 06 Fev 2019 13:41:00 315 0

“BTS” qrupunun konserti bir daha “Park Cinema”da

"Park Cinema" kinoteatrıar şəbəkəsi, seyrçilərin çoxsaylı xahişlərini nəzərə alaraq, dünyaca məşhur "BTS" qrupunun "Love Yourself in Seoul" konsertində çəkilmiş filmi bir daha göstərəcək.

Bunu şəbəkənin piar-meneceri Rüstəm Fətəliyev deyib:

"Yanvarın 26-ı "Park Cinema Flame Towers" və "Park Cinema Metropark"da "BTS"in film-konserti artıq nümayiş olunmuşdur vı böyük marağa səbəb olmuşdur. Qrupun 1000-ə yaxın fanatı zalları doldurarkən, konsertdən həzz alırdılar. Təbii ki, biz onlarla əla münasibət qurduq və onların xahişlərini nəzərə alaraq, bu konserti bir daha göstərməyə qərar verdik".

Təkrar seanslar fevralın 9-u və 10-u saat 14:15-də "Park Cinema Flame Towers" və "Park Cinema Metropark"da baş tutacaq.