PAŞA Bank-dan iri şirkətlər üçün kredit və ekspert dəstəyi


Digərləri 06 Fev 2019 13:31:40 203 0

PAŞA Bank-dan iri şirkətlər üçün kredit və ekspert dəstəyi

PAŞA Bank 10 ildən artıq bir dövrdə korporativ və kommersiya bankçılığı seqmentində lider mövqeyini qoruyub saxlamaqla hər zaman özəl bizneslərin inkişafı və ümumilikdə ölkə iqtisadiyyatının tərəqqisinə töhfə verməyi hədəfləmişdir.

Bakı. PAŞA Bank 10 ildən artıq bir dövrdə korporativ və kommersiya bankçılığı seqmentində lider mövqeyini qoruyub saxlamaqla hər zaman özəl bizneslərin inkişafı və ümumilikdə ölkə iqtisadiyyatının tərəqqisinə töhfə verməyi hədəfləmişdir. Şirkətlərin xüsusi biznes ehtiyaclarını öyrənərək təqdim etdiyi məhsul və xidmətlərlə PAŞA Bank etibarlı maliyyə tərəfdaşı olmaqla yanaşı, ekspert qismində verdiyi tövsiyyələrlə müştərilərin uğurlu fəaliyyətinə dəstək olur. Məhz buna görə, Bankın yüksək səviyyəli məşvərətçi xidmətləri nəinki etibarlı və təhlükəsiz maliyyələşməni, eləcə də maliyyə planlaşdırması və icrası işlərində əhatəli köməklik göstərməklə biznes risklərinin tədbirli investisiya və bazar təhlilləri vasitəsilə qarşısının alınmasını təmin edir.