Kənd təsərrüfatı texnikasının yeni qaydalarla satışına başlanır


Digərləri 06 Fev 2019 13:14:00 230 0

Kənd təsərrüfatı texnikasının yeni qaydalarla satışına başlanır

Fevralın 15-dən etibarən kənd təsərrüfatı texnikasının fermerlərə yeni qaydalarla satışına başlanacaq.

Kənd Təsərrüfatı Nazirliyindən Son.az-a verilən məlumata görə, artıq müvafiq texnikanı güzəştli qiymətlərlə təkcə "Aqrolizinq"dən deyil, bütün təchizatçı şirkətlərdən almaq mümkün olacaq.

Texnikanın gömrük dəyərinin 20 faizini ilkin ödəniş olaraq fermerlər, 40 faizini isə subsidiya (güzəşt) şəklində Aqrar Kredit və İnkişaf Agentliyi ödəyəcək.