Sumqayıtda 650dən çox yaşayış binasının dam örtüyü əsaslı təmir olunub


Digərləri 06 Fev 2019 13:09:00 352 0

Sumqayıtda 650dən çox yaşayış binasının dam örtüyü əsaslı təmir olunub

Sumqayıtda 650-dən çox yaşayış binasının dam örtüyü əsaslı təmir olunub.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Sumqayıtda 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağında bildirilib.

Qeyd olunub ki, ötən dövrdə 100 yaşayış binasının dam örtüyü metal kirəmitlə əvəz edilib və 68 yaşayış binasında işlər davam etdirilir. Ümumilikdə son illərdə 650-dən çox yaşayış binasının dam örtüyü əsaslı təmir olunub.

Hesabat dövründə lift təsərrüfatının maddi texniki bazasının möhkəmləndirilməsi məqsədilə əhalinin liftdən təhlükəsiz istifadə etməsinin təmin olunması məqsədilə istismar müddətini ötmüş 105 lift, ümumilikdə son illər 367 lift yenisi ilə əvəz olunub.