Nardaranda yenə silahsursat tapılıb


Digərləri 06 Fev 2019 12:24:00 217 0

Nardaranda yenə silahsursat tapılıb

DİN Mətbuat Xidmətindən Son.az-a bildiriblər ki, daxil olmuş məlumat əsasında Sabunçu RPİ 42-ci PB əməkdaşları Nardaran qəsəbəsində əməliyyat-axtarış tədbirləri həyata keçiriblər.

Nəticədə Nardaran qəsəbəsi bağlar yaşayış sahəsində sellofan torbada 1 yivli təklüləli tüfəng, nömrəsi silinmiş "Naqan" tipli tapança, alışqanı ilə birgə 1 ədəd "F-1" qumbarası və 39 ədəd avtomat patronu tapılıb.

Faktla bağlı araşdırma aparılır.

Pünhan Mirzə Son.az