Xorvatiya yığması millimizlə oyun ərəfəsində problemlərlə üzləşib


İdman 06 Fev 2019 12:29:00 265 0

Xorvatiya yığması millimizlə oyun ərəfəsində problemlərlə üzləşib

Futbol üzrə Xorvatiya yığması AVRO-2020-nin seçmə mərhələsinin I turunda Azərbaycan millisi ilə keçirəcəyi oyun ərəfəsində problemlərlə üzləşib.

Goal.az xəbər verir ki, bu barədə “Jutarnji List” nəşrində yer alan geniş məqalədə bildirilir. Yazıda UEFA Millətlər Liqasının qrup mərhələsi başa çatandan sonra klublarında oynamayan futbolçuları yığmaya çağırmayacağını bəyan edən baş məşqçi Zlatko Daliçin sözünü tutu bilməyəcəyi vurğulanıb. Buna səbəb kimi isə heyətlə bağlı ciddi itkilərin olduğu qeyd edilib.

Bildirilir ki, Şime Vrsalko (İnter, İtaliya), Yosip Pivariç (Dinamo Kiyev, Ukrayna), İvan Striniç (Milan, İtaliya), Antonio Miliç (Anderlecht, Belçika), Matey Mitroviç (Brügge, Belçika), Due Çaleta-Tsar (Marseile, Fransa) və Tin Yedvay (Bayer, Almaniya) zədəli, Deyan Lovren (Liverpool, İngilərə) isə cəzalıdır.

Məqalədə alternativ variant kimi İvan Tomeçak (Brügge, Belçika), Marin Leovats (Dinamo, Xorvatiya) və Borna Barişiçin (Rangers, Şotlandiya), eləcə də gənc futbolçular - Borna Sosa (Stutqart, Almaniya), Karlo Bartolets (Norselland, Danimarka), Fran Tudor, Yosip Yuranoviç (hər ikisi Hayduk, Xorvatiya), Alen Qrqiç (Osiyek, Xorvatiya), Marin Ponqraçiç (Salzburg, Avstriya) və digərləri göstərilir. Bununla belə, bu oyunçuların 2018-ci ildə Rusiyada keçirilmiş dünya çempionatında gümüş medal qazanan heyət üzvlərini layiqincə əvəzləyəcək ustalıq və təcrübəyə malik olmadığı vurğulanır.

Qeyd edək ki, Xorvatiya – Azərbaycan oyunu martın 21-də Zaqrebdəki Maksimir stadionunda keçiriləcək. (report)