Azərbaycanda 133 bələdiyyə sədri məsuliyyətə cəlb edilib


Digərləri 06 Fev 2019 12:05:00 206 0

Azərbaycanda 133 bələdiyyə sədri məsuliyyətə cəlb edilib

Ötən il Azərbaycanda 133 bələdiyyə sədri inzibati məsuliyyətə cəlb edilib.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə "Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsi ilə bağlı 2018-ci il üzrə məruzə"də deyilir.

Məruzədə qeyd olunur ki, "Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında" qanunun 6-cı maddəsində nəzərdə tutulmuş bələdiyyə aktlarının vaxtında təqdim edilməsi üzərində inzibati nəzarətin gücləndirilməsi üçün bir sıra tədbirlər görülüb.