Azərbaycanda valyuta mübadiləsi fəaliyyətinə lisenziya verilməsi proseduru sadələşdirilir


Digərləri 06 Fev 2019 11:38:00 226 0

Azərbaycanda valyuta mübadiləsi fəaliyyətinə lisenziya verilməsi proseduru sadələşdirilir

Azərbaycanda "Valyuta tənzimi haqqında" qanuna dəyişiklik edilməsi təklif olunur

Azərbaycanda "Valyuta tənzimi haqqında" qanuna dəyişiklik edilməsi təklif olunur.

Son.az report-a istinadən bildirir ki, dəyişiklik valyuta mübadiləsi fəaliyyətinə lisenziyaların verilməsi prosedurunun sadələşdirilməsini nəzərdə tutur.

Xatırladaq ki, qanunun 13-2.5-ci maddəsinə əsasən, maliyyə bazarlarına nəzarət orqanı valyuta mübadiləsi fəaliyyətinə lisenziya verərkən onu müvafiq icra hakimiyyəti, indiki halda ölkə prezidenti ilə razılaşdırmalı idi. Təklif olunan dəyişikliklə bu məsələ aradan qaldırılır.