“Oskar” mərasimində 30 ildən sonra ilk


Digərləri 06 Fev 2019 10:01:00 228 0

“Oskar” mərasimində 30 ildən sonra ilk

Amerika və dünya kinemotoqrafiyasının ən yüksək mükafatı və "Oskar" olaraq bilinən Amerika Kinoakademiyası mükafatının builki mərasimində rəsmi aparıcı olmayacaq.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə qurumdan məlumat verilib.

Sonuncu dəfə 30 il öncə bu mərasim aparıcı olmadan keçirilib.

Xatırladaq ki, daha öncə amerikalı aktyor və komediya ustası Kevin Hartın aparıcı olacağı açıqlansa da, o, ötən ilin dekabrında sosial şəbəkədə homoseksuallar barədə statuslar paylaşmasından sonra aparıcılıqdan imtina etmişdi.

Qeyd edək ki, 24 fevralda Los-Ancelesdə keçiriləcək mərasimdə qalib adı uğrunda aşağıdakılar mübarizə aparacaq:

Ən yaxşı film - "Bohema rapsodiyası", "Qara pantera", "Qara klan", "Favorit", "Hakimiyyət", "Ulduz doğuldu";