Zəlzələ ilə bağlı RƏSMİ AÇIQLAMA: "Hiss olunan və olunmayan afterşoklar ola bilər"


Digərləri 06 Fev 2019 10:05:00 191 0

Zəlzələ ilə bağlı RƏSMİ AÇIQLAMA: "Hiss olunan və olunmayan afterşoklar ola bilər"

"Fevral ayının 5-də saat 23:31-də İsmayıllı rayonu ərazisində baş verən zəlzələnin afterşokları hələ davam edir"

Fevral ayının 5-də saat 23:31-də İsmayıllı rayonu ərazisində baş verən zəlzələnin afterşokları hələ davam edir.

Son.az bildirir ki, bunu report-a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin mətbuat xidmətinin rəhbəri Vüsalə Rafiqqızı deyib.

O bildirib ki, axırıncı iki afterşok hiss olunmayıb: "Son iki afterşokun maqnitudası 3-dən yuxarı olub. Hazırda afterşoklar davam edir, hiss olunan və olunmayan afterşoklar ola bilər".