Zəlzələ baş verən yerlərdə rabitə sistemində problem yaranıb?


Digərləri 06 Fev 2019 10:08:00 263 0

Zəlzələ baş verən yerlərdə rabitə sistemində problem yaranıb?

Zəlzələ baş verən ərazilərdə rabitə sisteminin işində problem yaranmayıb.

Son.az xəbər verir ki, fevralın 5-də Şamaxı, İsmayıllı, Lerik və Ağsu rayonları ərazisində zəlzələ baş verib.

Zəlzələ nəticəsində rabitə sisteminə heç bir ziyan dəyməyib. Adıçəkilən rayonlarda rabitənin işində problem yaranmayıb.

Hazırda Şamaxı, İsmayıllı, Lerik və Ağsu sakinləri rabitə və internet xidmətləri ilə tam təmin edilib.