İcra başçısı: Ağsuda baş verən zəlzələnin vurduğu ziyanla bağlı araşdırma aparılır


Digərləri 06 Fev 2019 09:24:00 235 0

İcra başçısı: Ağsuda baş verən zəlzələnin vurduğu ziyanla bağlı araşdırma aparılır

Azərbaycanda baş verən zəlzələ nəticəsində Ağsu rayonunda bəzi evlərdə yüngül çatlar əmələ gəlib.

Bakı. Samir Əli - Zəlzələ nəticəsində Ağsu rayonunda bəzi evlərdə yüngül çatlar əmələ gəlib. Bu barədə Trend-ə açıqlamasında Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Ənvər Seyidəliyev deyib. İcra başçısı bildirib ki, hazırda həmin ərazilərdə araşdırma aparılır: "Hadisə ilə bağlı rayonun Fövqəladə Hallar Komissiyası araşdırma aparır. Hələ ki çatlar barədə dəqiq məlumatlar yoxdur. İcra Hakimiyyətinə daxil olan məlumatda rayonun Dilman və Kalva kəndlərində 45, Qaraqaşlı kəndində 1, Daşdəmirbəyli kəndində isə 2 evdə köhnədən yaranmış çatlarda genişlənmə olduğu deyilir. Hazırda hadisə yerindəyik. Həmin evlərdə baş verən çatların zəlzələdən əvvəl, ya sonra olduğu müəyyənləşdirilir. Komissiyanın araşdırmalarından sonra ictimaiyyətə məlumat veriləcək".