Seysmoloji Xidmət Mərkəzi:


Digərləri 06 Fev 2019 09:18:50 231 0

Seysmoloji Xidmət Mərkəzi:

Şamaxı, İsmayıllı və Ağsu rayonu ərazisində baş verən zəlzələdən sonra hiss edilməyən yeraltı təkanların qeydə alınması davam edir.

Son.az xəbər verir ki, bu barədə Trend-ə Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.

Mərkəzdən bildirilib ki, ilkin məlumatlara əsasən, dünəndən indiyədək 5 zəlzələ qeydə alınlıb. İlkin zəlzələ yerli vaxtla 23.19-da Pirqulu stansiyasından 7 km cənubda Ağsu ərazisində 4,4 bal gücündə zəlzələ qeydə alınıb. Yeraltı təkanların ocağı 10 km dərinlikdə yerləşib. Həmin zəlzələ episentrdə 5 bala yaxın, ətraf rayonlarda 4,3 bala qədər hiss olunub.

Sonuncu zəlzələ isə saat 04.25-də Pirqulu stansiyasından 9 km cənub-qərbdə İsmayıllı ərazisində zəlzələ qeydə alınıb. Zəlzələ hiss olunmayıb. Həmin zəlzələlərin 3-ü hiss edilən olub. Sonuncu iki zəlzələ isə hiss edilməyib.

Mərkəzdən yeraltı təkanların hazırda davam etdiyi bildirilib.