"VAZ" ağaca çırpıldı, sürücünün meyitini FHN çıxardı


Digərləri 06 Fev 2019 08:57:12 172 0

"VAZ" ağaca çırpıldı, sürücünün meyitini FHN çıxardı

Qazax rayonunda "VAZ" markalı minik avtomobili yol kənarındakı ağaca çırpılıb.

Bakı. Qazax rayonunda "VAZ" markalı minik avtomobili yol kənarındakı ağaca çırpılıb. FHN-dən Trend-ə verilən məlumata görə, hadisə yerinə cəlb olunmuş Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılmış vəziyyətdə qalmış sərnişin 1997-ci il təvəllüdlü Hüseynov Roman Kamran oğlunun meyitini deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.