Ərdoğandan ittiham


Dünya 06 Fev 2019 08:48:00 201 0

Ərdoğandan ittiham

Avropa İttifaqı Türkiyə ilə qaçqınların readmissiya üzrə miqrasiya razılaşmasına əsasən üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmir.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Yunanıstanın baş naziri Aleksis Tsipras ilə birgə mətbuat konfransında bildirib.

T.Ərdoğan deyib: "Biz Egey dənizində qaçqınlarla bağlı yeni faciənin qarşısını almaq üçün böyük səylər göstəririk. Türkiyə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə davam edir. Lakin biz görürük ki, Aİ readmissiya mexanizminə riayət etmir".