Putin və Lukaşenkonun görüşəcəyi yer və tarix bəlli oldu


Dünya 06 Fev 2019 08:28:00 229 0

Putin və Lukaşenkonun görüşəcəyi yer və tarix bəlli oldu

Rusiya prezidenti Vladimir Putin və Belarus prezidenti Aleksandr Lukaşenko arasında fevralın 13-ü Soçidə görüş keçiriləcək.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu barədə "İzvestiya" qəzetinə V.Putinin mətbuat katibi Dmitri Peskov bildirib.

D.Peskov deyib: "Fevralın 13-ü Soçidə baş tutacaq görüşdə prezidentlər İttifaq Dövləti çərçivəsində inteqrasiya proseslərinin araşdırılması üçün yaradılmış Rusiya-Belarus işçi qrupunun fəaliyyətini və mübahisəli məsələləri müzakirə edəcəklər".