İranda 50 min məhkum əfv ediləcək


Digərləri 06 Fev 2019 07:21:00 237 0

İranda 50 min məhkum əfv ediləcək

İran İslam İnqilabının 40-cı ildönümü ilə əlaqədar elan ediləcək amnistiya aktına əsasən 50 min məhkum əfv ediləcək.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu sözləri İranın məhkəmə hakimiyyətinin rəhbəri Sadeq Amoli Laricani keçirdiyi mətbuat konfransında deyib. O bildirib ki, azadlığa buraxılanlarla yanaşı, bir sıra məhkumların da cəzaları yüngülləşdiriləcək.

Konfransda iştirak edən Tehran şəhərinin prokuroru Abbas Cəfər Dövlətəbadi isə diqqətə çatdırıb ki, əfv olunacaq məhkumların siyahısı hazırdır və məhkəmə hakimiyyətinə təqdim olunub.