Çexlər korrupsiya əleyhinə mübarizə planına inanmırlar


Dünya 06 Fev 2019 07:28:00 236 0

Çexlər korrupsiya əleyhinə mübarizə planına inanmırlar

Çexiyanın Korrupsiya əleyhinə Fondu hökumətin korrupsiyaya qarşı konsepsiyasını şübhə altına qoyub. Son.az AZƏRTAC-a istinadən bildirir ki, fondun direktoru Karel Şkahanın fikrincə, korrupsiya əleyhinə mübarizə planı analitik tədqiqatların aparılması barədə təkrarlanan sözlərdən və vədlərdən başqa heç bir yenilik gətirmir.

Karel Şkaha xüsusi mətbuat konfransında deyib ki, hökumət korrupsiya əleyhinə mübarizəni ikinci plana keçirir.