Latviyaya gəlməyin yeni qaydaları


Dünya 06 Fev 2019 06:57:00 180 0

Latviyaya gəlməyin yeni qaydaları

Böyük Britaniya Avropa İttifaqından çıxandan sonra bu ölkədən Latviyaya hava və dəniz nəqliyyatı ilə gələnlər qiyməti 430 avrodan çox olan mallara görə vergi ödəyəcəklər.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Latviya Dövlət Gəlirləri Xidmətinin gömrük eksperti İrena Knoka jurnalistlər üçün seminarda məlumat verib.

Latviyaya gələnlər sərhədi keçən zaman məbləği 10 min avrodan çox olan nağd pulları barədə məlumat verməlidirlər.

Əgər şəxs ölkəyə hava və dəniz nəqliyyatı ilə gəlirsə, ümumi dəyəri 430 avrodan çox olmayan mallara görə əlavə dəyər vergisi və gömrük vergisi ödəməyəcək.