Zəlzələ nəticəsində Şamaxıda dağıntı olub, 3 nəfər xəsarət alıb FOTO


Digərləri 06 Fev 2019 07:00:00 201 0

Zəlzələ nəticəsində Şamaxıda dağıntı olub, 3 nəfər xəsarət alıb  FOTO

Bu gecə Şamaxı rayonunda zəlzələ nəticəsində bir neçə fərdi evin hasarı uçub.

Son.az report-a istinadən bildirir ki, dağıntılar zamanı 3 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Daha əvvəl, AMEA-nın Respublika Seysmoloji Xidmət Mərkəzi ilk olaraq Ağsu rayonunda 4,4 (saat 23:19), ardınca İsmayıllı rayonunda 6 (23:31), ardınca yenə Ağsuda 3,4 maqnituda gücündə (23:37) zəlzələnin baş verməsi barədə məlumat yayıb. Yeraltı təkanlar Pirqulu stansiyasından müvafiq olaraq, 7 km cənubda, 11 km cənub-qərbdə və 8 km qərbdə qeydə alınıb.


Xəbərə aid fotolar