Praqanı qızılca epidemiyası cənginə alıb


Dünya 06 Fev 2019 02:30:00 215 0

Praqanı qızılca epidemiyası cənginə alıb

Bu ilin yanvar ayında Praqada 35 qızılcaya yoluxma halı qeydə alınıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, paytaxtda ötən ildən elan olunan epidemiya hələ də davam edir. O vaxt bu xəstəliyə tutulanların sayı 103 nəfər idi. Bu, Praqa Gigiyena Stansiyasının məlumatında göstərilir. 2018-ci il ərzində Çexiyada cəmi 207 yoluxma halı qeydə alınıb.

Həkimlər qızılcanın hava ilə ötürülən yoluxucu xəstəlik olduğunu və bu xəstəlik üçün ikihəftəlik karantinin tələb edildiyini xatırladırlar. Ötən həftə personalın bu xəstəliyə yoluxması nəticəsində ölkə parlamentinin aşağı palatasında restoran bağlanılıb.