Günün qoroskopu: Hisslər burulğanına düşməyin


Digərləri 06 Fev 2019 00:01:00 213 0

Günün qoroskopu: Hisslər burulğanına düşməyin

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir

Son.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.

Qoç - peşə fəaliyyəti sahəsində problemlər ola bilər. Kiçik, amma xoşagəlməz, başladığınız işi başa çatdırmağa maneələr yaradan müşküllərlə qarşılaşacaqsınız. İşdə həmkarlarla bil tapırsınız. Amma nüfuzlu insanlar və rəhbərliklə münasibətlərdə anlaşılmazlıq yaşanacağından bəzi aktual məsələlər çözümsüz qalacaq.

Toplantı və ya seminarda iştirak üçün əlverişli zamandır. Bilik, bacarıq və imkanlarınızı nümayiş etdirin.

Yaxınlarınızla təmaslarda problemlər yaratmayın. Ehtiyac olarsa, onlara yardım edin. Yaşam potensialı səviyyəsi bir qədər aşağıdır. Fiziki işi azaldın.

Axşam saatlarında istirahət edin.

Buğa - günün ilk yarısı işlər üçün çox uğurlu vaxtdır. İmkanlardan maksimum istifadə edin. Emosional problemləri həll edin, maneələr və kompleksləri dəf edin.

Hər şey asanlıqla əldə olmasa da, səy göstərin. Əzmli və qətiyyətli davranın. Belədə uğur sizin olacaq.

Günün ikinci yarısında mənfi təmayüllərin təsiri güclənir. Əhvalınız pozula bilər. Qıcıqlanmayın, stressə qapılmayın. Yaxınlarınızın xətrinə dəyməmək üçün ünsiyyəti azaldın.

Əkizlər - ehtiyatlı davranın. Çətin və qarışıq gündə intriqa qurbanı olmayın. Eksperimentlər aparmayın, yoxlanmış vasitə və metodlardan istifadə edin. Məqsədə doğru başqası tərəfindən rahat yol varsa, yeni istiqamət aramağa heç bir ehtiyac yoxdur. Çox sadə və asan təsir bağışlayan həllər dürüst ola bilər. Orijinal davranmaq üçün situasiyanı çətinləşdirməyə lüzum görmürük.

Yaxınlarınızla münasibətlər rəvan deyil. Baş verənlərə həddən ziyadə emosional reaksiya verməyin.

Xərçəng - aktiv olun, amma enerjinizi doğru istiqamətə yönəldin. Xoşagəlməz vəziyyət, münaqişə və toqquşmalar yaratmayın. Problemlərin daha bir səbəbi özünüzə və ətrafınızdakı insanlara çox tələbkar olmağınızdır.

Günü sakit keçirin. Mürəkkəb və önəmli işə başlamayın, vacib layihənin reallaşdırılmasını təxirə salın. Ümumi maliyyə və ya birgə əmlakla bağlı məsələləri həll etmək üçün əlverişli zaman deyil. Tələskənlik etməyin. Düşünülməmiş addımlar pis nəticələr verə bilər.

Şir - birgə layihələrdə və ümumi işlərdə fəal iştirak edin. Qəfil, amma xoş görüş ola bilər. Yaşam arealındakı dəyişiklikdə fayda var. Yeni maraq yarana bilər.

Alış-veriş üçün sərfəli gündür.

Maliyyə məsələlərində hesabları qarışdırmayın. Gəlir əldə edəcəksiniz. Ətrafınızdakı insanlarla asanlıqla dil tapırsınız. Yeni dostlar qazanacaqsınız. Romantik münasibətlər ehtimalı azdır.  

Qız - baş verənlərə rəğmən sakit olun. Emosiyaların əsiri olsanız, gün uğursuzluqla nəticələnəcək. İnadkarlığınız məntiq çərçivəsindən kənara çıxaraq ətrafınızdakı insanları pərişan etməsin. Dəyər verdiyiniz insanların dediklərinə qulaq asın, yaxşı məsləhətləri dinləyin. Özünüzə həddən artıq güvənməyin. Eqoist və aqressiv olmayın.