Rusiyada bir neçə erməni saytı blok edilib


Dünya 05 Fev 2019 23:47:00 217 0

Rusiyada bir neçə erməni saytı blok edilib

Rusiyada bir sıra erməni saytlarının bloklanması texniki xarakter daşıyır, bu problem Ermənistanın Moskvadakı səfirliyi ilə vasitəsilə həll olunur.

Son.az Sputnik Azərbaycan-a istinadən bildirir ki, bunu Ermənistanın Xarici İşlər Nazirliyinin mətbuat katibi Anna Naqdalyan bildirib.

"Biz problem haqqında məlumatlıyıq, Ermənistanın Rusiyadakı səfirliyi bu problemin həll olunması üçün hər gün Rusiyanın müvafiq orqanları ilə əlaqədədir"- deyə Naqdalyan vurğulayıb.