Çin və sairə bu kimi ölkələrdən gəlmiş dəri kəmərlə namaz qılmaq olarmı?


Digərləri 05 Fev 2019 23:15:00 268 0

Çin və sairə bu kimi ölkələrdən gəlmiş dəri kəmərlə namaz qılmaq olarmı?

Şəriətimizdə müsəlmanın hər dəridən tikilmiş paltar və ayaqqabı geyinməsinə icazə verilmir. Dəri əvvəla, əti halal olan heyvana məxsus olmalı, ikincisi, həmin heyvan şəriətə uyğun şəkildə kəsilmiş və ya ovlanmış olmalıdır. Çin və sairə qeyri-müsəlman ölkələrindən gətirilən dərilər adətən, İslam şərtlərinə uyğun olmur.

Son.az islam.az-a istinadən bildirir ki, bu dərilər ya haram heyvanlara, ya da şəriət qaydası ilə kəsilməmiş inək və sairəyə məxsus olur. Ona görə də bu cür dərilərin nəm halda bədənlə və ya pak paltarla təmasda olmasına imkan vermək olmaz. Çünki bu halda murdarlıq nəmlik vasitəsilə ötürülür və həmin dəriyə toxunmuş hər şey murdar olur. Doğrudur, namazda geyim sayılmayan vasitələrin (kəmər, yaylıq və s.) pak olması şərt deyil, amma unutmaq olmaz ki, kəmər bəzən tər vasitəsilə nəm olur. Paltarda olan tər kəməri də isladır və bu zaman kəmərin murdarlığı paltara və bədənə keçir. Buna görə də bu cür kəmərlərdən istifadə etməməyi tövsiyə edirik.