Pis söz deyən insanla necə rəftar etməli?


Digərləri 05 Fev 2019 23:20:00 300 0

Pis söz deyən insanla necə rəftar etməli?

Pis söz və söyüş söymək insanı ani də olsa, zahirən sakitləşdirər. Ancaq bu, aldadıcı sakitləşdirməkdir. Və ardınca ancaq əzab və cəza gətirər. Çox təəssüf ki, cəmiyyətimizdə pis söz deməyə adət edən insanların sayı az deyildir. Bəs bu insanlarla necə rəftar etməliyik?

1. Nəsihət vermək. Cəmiyyətimizdə elə insanlar vardır ki, qəzəbini sakitləşdirmək üçün söyüşə əl atırlar. Bu zaman həmin şəxsin ürəyi yanan bir dosta ehtiyacı vardır ki, mülayim dillə ona səhvini başa salsın və ona nəsihət versin.

Son.az deyerler.org-a istinadən bildirir ki, söyüş söymək çox pis əməldir ki, insanı dindən uzaqlaşdırar. Əgər tövbə etməzsə, Əhli-Beyt (ə) davamçılığından xaric olar. İmamların (ə) nifrətinə səbəb olar.

İmam Əli (ə) Siffeyn döyüşündə söyüş söyən əsgərləri görən zaman, buyurmuşdu: "Mən sevmirəm ki, siz söyüş söyəsiniz. Ancaq əgər pis əməllərini (onlar üçün) şərh etsəniz, hallarını bəyan etsəniz - doğru sözə və hüccəti tamamlamağa daha yaxın olar.

Siz gərək söyüş yerinə belə dəyərdiniz: "Allahım, bizim və onların qanını qoru. Bizimlə onların arasını islah et və onları hidayət et ki, o kəslər ki, cahildirlər haqqı tanısınlar. Onlar ki, yolunu azıblar və haqla düşmənçilik etməyə təkid edirlər, ondan əl çəksinlər"".