"Facebook"da göndərilən mesajları silmək mümkün olacaq


Digərləri 05 Fev 2019 22:49:00 240 0

"Facebook"da göndərilən mesajları silmək mümkün olacaq

"Facebook" sosial şəbəkəsi fevralın 5-dən "Messenger"də göndərilən mesajların 10 dəqiqə ərzində silinməsi funksiyasını işə salıb.

Son.az "Report"a istinadən bildirir ki, bu barədə "Facebook Messenger"in məlumatında bildirilir.

"Bu gündən etibarən "Messenger"də bir nəfərə və ya qrupa göndərdiyiniz mesajları asanlıqla silə biləcəyiniz funksiyanı işə salırıq", - deyə məlumatda qeyd olunub.

Bunun üçün ekranda mesajın üzərinə basmaq və "hamı üçün silmək", yaxud "özün üçün silmək" variantlarından birini seçmək lazımdır. Eyni zamanda birinci halda bütün qrup iştirakçılarına mesajın silinməsi barədə məlumat gələcək. Mesajları göndərdikdən sonra yalnız 10 dəqiqə ərzində silmək mümkün olacaq.