Biləsuvarda çay sahili zibilxanaya çevrilib


Digərləri 05 Fev 2019 22:22:00 335 0

Biləsuvarda çay sahili zibilxanaya çevrilib

Biləsuvar rayonunun Bolharı çayının sahili zibilxanaya çevrilib.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, mövsümün qış, havanın soyuq olmasına baxmayaraq, məişət tullantılarının üfunəti kənardan hiss olunur.

Burada sahil boyu it və qoyun leşlərinə, uşaq bezlərinə və hər cür məişət tullantılarına rast gəlmək mümkündür.

Sakinlərin sözlərinə görə, məişət tullantılarını çaya elə sakinlərin özləri atırlar. Səbəb kimi isə ərazidə zibil qutularının olmaması göstərilir.