Məktəb direktorlarının yerləşdirilməsinə başlanılır


Digərləri 05 Fev 2019 22:23:00 281 0

Məktəb direktorlarının yerləşdirilməsinə başlanılır

Sabahdan məktəb direktorlarının işə qəbulu üzrə müsahibə mərhələsində uğur qazanan namizədlərin yerləşdirilməsinə başlanılacaq. Müsahibə mərhələsindən keçən, lakin təklif olunan vakant yerdə işləmək istəməyən namizədlərin təyinatı növbəti vanaksiyalarda nəzərə alınacaq.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, bunu Təhsil Nazirliyinin insan resursları şöbəsinin müdiri Eşqi Bağırov deyib.

O bildirib ki, müsahibə mərhələsindən keçən namizədlərə təklif olunan yerlər onların nəticələrinə əsasən seçilir.