İnsanların gücünü nəzərə alın –


Digərləri 05 Fev 2019 22:20:00 241 0

İnsanların gücünü nəzərə alın –

İki qonşu vardı ki, onlardan biri müsəlman və o birisi isə xristian idi. Müsəlman çox abid və təqvalı insan idi və dini o qədər tərifləyirdi ki, xristian İslam dininə meyil edir və onu qəbul edir.

Gecə gəlib çatır və səhərə yaxın təzə müsəlman olan xristianın evinin qapısı döyülür və o, qapıya yaxınlaşıb soruşur ki, kimdir? Qonşusu müsəlman cavab verir ki, mənəm. Tez dəstəmaz al və mənim birlikdə məscidə gedək.

Ömründə birinci dəfə dəstəmaz alan həmin şəxs, qonşusu ilə birlikdə məscidə gedir. Hava hələ qaranlıq idi və gecə namazının nafilə zamanı idi. Onlar gecə namazı qılırlar və sübh azanı səslənir.

Camaatla birlikdə namaz qılırlar. Təzə müsəlman olan şəxs ayağa qalxır ki, evinə getsin, qonşusu onu saxlayır və deyir ki, bir qədər gözlə, namazın təqibatlarını edək. Təqibatları bitirəndən sonra isə ona Quranı verib deyir ki, sübh açılana qədər Quran oxuyaq ki, çoxlu savabı vardır.

Nəhayət hava açılır və təzə müsəlman olan şəxs yenə ayağa qalxır ki, evinə getsin, qonşusu onu saxlayır və deyir ki, gəl bu gün oruc tutaq, çünki çox böyük savabı vardır.

Yavaş-yavaş onu söhbətləri ilə məşğul edərək, zöhr namazına qədər saxlayır və deyir ki, gəl zöhr namazını da məsciddə qılaq. Zöhr namazını qılırlar və təzə müsəlman olana deyir ki, bir qədər də səbir et, əsr namazının fəzilətli vaxtı gəlib çatacaqdır.

Əsr namazını qılandan sonra deyir: "Artıq günün qurtarmasına az qalmışdır, gəl məğrib namazını da burada qılaq". Onlar məğrib namazını da qılırlar.