Nədən bilək ki, yaxşı nədir, pis nədir?


Digərləri 05 Fev 2019 21:50:00 289 0

Nədən bilək ki, yaxşı nədir, pis nədir?

Ətrafımızda olan insanlar hər gün elə işlər görürlər ki, bəzilərini yaxşı və bəzilərini isə pis hesab edirik. Bəs doğrudandamı həmin işlər yaxşı və pisdir? Yaxşı və pis üçün əsil meyar nədir?

Allah Təala bunun üçün insana iki nemət vermişdir ki, biri zahiridir və biri isə batinidir. Zahiri meyar - Həzrət Peyğəmbərdir (s) ki, onun etdiyi hər bir əməl yaxşı və pis üçün meyar sayılır.

İkincisi isə ağıldır ki, insan onun vasitəsilə hansı işin yaxşı və hansının pis olduğunu müəyyən edə bilir.

Bu iki meyar birləşən zaman isə kamil insan üçün hidayət və təkamül yolu açılır ki, bu da onu irəliyə doğru hərəkətə gətirir. Bu bərəkətlər ilə tanış olaq:

1. Dini ruhən qəbul etmək. İnsan hər nə qədər çox ağlından istifadə etsə, görər ki, din onun ancaq faydasına olan əməllərə göstəriş verir.

2. Vəhdətə can atmaq. Dinsiz ailədə doğulan uşaqlar adətən dinə qarşı meyilsiz olurlar. Son.az deyerler.org-a istinadən bildirir ki, əgər bu cavan dinə meyil əldə edərsə, bu zaman ağıl onu tək qoymaz. Ona nəyin yaxşı və nəyin pis olduğunu öyrədər. Bu zaman ağıl ilə din vəhdət təşkil edər.