Allahın nura bənzədilməsi nə kimi mənalar daşıyır?


Digərləri 05 Fev 2019 21:55:00 276 0

Allahın nura bənzədilməsi nə kimi mənalar daşıyır?

Allahın uca zatı və müqəddəs varlığı hər bir şeydən üstün və yüksəkdir. Biz insanlar Allahı bir şeyə bənzətmək istəsək, daha çox Onu nura bənzədirik. Lakin bu, o demək deyildir ki, Allah nurdan ibarətdir, Allah nəyəsə bənzəməkdən daha üstün və daha yüksəkdir. Sadəcə biz insanlar Allahı zehnimizdə təsəvvür etmək istəyəndə, belə düşünürük.

Son.az deyerler.org-a istinadən bildirir ki, Qurani-Kərim buyurur: "Allah göylərin və yerin nurudur (onları nurlandıran, onların əhalisini doğru yola yönəldən və onların işlərini idarə edəndir). Onun nurunun (din və kitabının) məsəli içində çox işıqlı bir çıraq olan çıraqqabı kimidir. Həmin çıraq şüşənin içindədir və o şüşə - ulduz kimi parlaq və nurludur. O çıraq (məkan baxımından) nə (günəşin əsr çağı saçdığı) şərqə, nə də (sübh çağı saçdığı) qərbə məxsus olmayan (əksinə, günəşin həmişə saçdığı bir məkanda olan) çox bərəkətli bir zeytun ağacından (onun yağı ilə) yanır. Onun yağı hətta ona od toxunmasa belə, (saflıq və şəffaflıqdan) az qalır işıq saçsın. (Yağın, çırağın, şüşənin və çıraqqabının nuru) bir-birinin üstünə yığılmış nurlardır (yəni Allahın nur olması təsəvvür olunmaz dərəcədə yüksəkdir). Allah istədiyini (xüsusi hidayət ilə) Öz nuruna (dininə) tərəf yönəldir.

Allah insanlara misallar çəkir. Allah hər bir şeyi biləndir". ("Nur" 35).

Allah - o nurdur ki, Öz müqəddəs varlığı ilə hər yeri zülmətdən xilas edir və bir çıraq kimi aydınlandırır. Hər şey Onun vasitəsilə zahir və aşkar olur. Allah - nurun ən kamil nümunəsidir. Hər bir şey Onun vasitəsilə zülmətdən aşkar olar və varlığını zahir edər.

Heç bir şey Allahın nuruna çata bilməz və ya ona tay ola bilməz. Qurani-Kərim bizlərə bu ayə ilə misal çəkir və Allahı təsəvvür etməyimizə yardım edir. Çünki bəşər hər nə qədər çalışsa da, Allahı dərk etməkdən aciz və gücsüzdür. (

Bəs nur nədir?

1. Nur - maddə aləmində olan ən gözəl və ən lətif varlıqdır. Bütün gözəlliklər ondan mənbə alır.